+994 10 504 17 17

Natural Higher Yummy
TGP TERRA


Xalis Kalium humat. Kalium humatın istehsalında bir neçə proses tətbiq edilir. Bunların başlıcaları sprey quruducu və baraban prosesidir. Sprey quruducu prosesində istilik nəzarəti təmin edilə bilmədiyindən, məhsulda adətən həddindən artıq istilik səbəbli yanmalar və humin, fulvin nisbətlərində böyük azalmalar baş verir. Biz baraban sistemindən istifadə edərək flakes formada məhsul istehsal edirik. Bundan əlavə, tətbiq etdiyimiz ilkin laboratoriya prosesləri ilə məhsulun həmişə eyni keyfiyyət standartında istehsal edilməsini təmin edirik. İstehsal texnologiyası və məhsul keyfiyyəti baxımından qərb standartlarında olsaq da, qiymət baxımından keyfiyyətsiz məhsullarla da rəqabət apara biləcək bir siyasət izləyirik. Kalium Humat, torpağın islahı üçün ən zəruri üzvi maddə mənbəyi kimi xarakterizə edilir. Bu xüsusiyyəti sayəsində həm torpağın üzvi maddəsini artırır, həm torpaqaltı mikroorqanizm fəallığını sürətləndirir, həm də yaxşı kökləməyə zəmin yaradaraq məhsuldarlığa böyük töhfə verir.

Qablaşdırma Seçimləri

10L